Türkiyə Yunanıstanın Fransa ilə müdafiə müqaviləsi açıqlamasına reaksiya verib.
“Maksimalist dəniz yurisdiksiyası və hava məkanı iddiaları beynəlxalq hüquqa ziddir”, - deyə Türkiyə xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.
Bilgiçin yazılı açıqlamasında aşağıdakı ifadələrə yer verilib:
“Yunanıstanın NATO İttifaqına zərər verəcək şəkildə Türkiyəyə qarşı ikitərəfli hərbi ittifaqlar quraraq beynəlxalq ictimaiyyət tərəfindən də sorğu-suala tutulan bu iddiaları qəbul etməyimizi istəməsi boş bir xəyaldır.”
Yunanıstanın əməkdaşlıq əvəzinə silahlanma, Türkiyəni təcridetmə və özgələşdirmə siyasətinin özünə və üzv olduğu Avropa İttifaqına zərər verəcək və regional sülh və sabitliyi təhdid edəcək problemli bir siyasət olduğu vurğulanıb.
Qeyd edək ki, Yunanıstan Fransa ilə bağladığı müdafiə müqaviləsi çərçivəsində ondan 3 milyon avroya 3 freqat (hərbi gəmi) satın alacaq.
Mənbə: “TRT Haber”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.