AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda 3 mindən çox miqrant çıxarılıb

  • + A
  • - A
  • Bu gün, 12:23

    Gürcüstanda 3 mindən çox miqrant çıxarılıb

    Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirib.

    DİN-in Miqrasiya İdarəsinin son əməliyyatları zamanı Azərbaycan vətəndaşları da daxil olmaqla 84 əcnəbinin ölkədən çıxarıldığı açıqlanıb.

    Nazirliyin məlumatına əsasən, deportasiya edilənlər arasında 17 ölkənin vətəndaşları yer alıb.

    Qeyd olunub ki, deportasiya olunan şəxslərin yenidən Gürcüstana daxil olmasına qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

    Miqrasiya İdarəsi cari il ərzində 3 mindən çox şəxsin ölkədən çıxarılmasını təmin edib. DİN bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR