AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 20:00

    Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub

    Azərbaycanın Riqadakı səfiri Nərminə Mustafayeva Latviya Seyminin sədri Dayqa Mierina ilə görüşüb və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə olunub.

    Bu barədə N. Mustafayeva "X" sosial şəbəkə hesabında yazıb.

    "Latviya Seyminin sədri Dayqa Mierina ilə bugünkü görüşü çox yüksək qiymətləndirdim. Biz Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və iqtisadi əlaqələrimizin genişləndirilməsi barədə səmimi və konstruktiv fikir mübadiləsi apardıq", - o bildirib.

    Qeyd olunub ki, məqsəd əldə edilmiş irəliləyişi daha da inkişaf etdirmək, ölkələr və xalqları bir-birinə daha da yaxınlaşdırmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR