Belarus Prezidenti Aleksandr Lukaşenko ikinci dəfə koronavirusa (COVID19) yoluxub.
Azadmedia.az xarici KİV-yə istinadən xəbər verir ki, bu dəfə o, koronavirusun yeni ştamı olan "Omikron"-a yoluxduğunu bildirib.
“Görürük ki, bu "Omikron" tamamilə fərqli bir virusdur. Ola bilsin, biz artıq adi qripə yoluxmuşuq. Mən bunu özü ikinci dəfə yoluxan bir insan kimi bildirirəm", - deyə Lukaşenko qeyd edib.
Belarus lideri xəstəliyi ayaq üstə keçirdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.