14-cü Kalonda Məhkuma Rüşvət Vermədiyi Üçün İşgəncə Verdilər
AZTB.info Amerikapress.com-a istinadən xəbər verir ki, hazırda Penitensiar Xidmətin 14-saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Atakişiyev Orxan Rauf oğlunu müəssisənin Əməliyyat-Rejim işləri üzrə rəis müavini Firdovsi İsmayılov xidməti otağında döyərək işgəncə vermişdir.
Bununla bağlı saytımıza müraciət edən məhkumun anası Roza Nəcəfova bildirdi ki, övladı O. Atakişiyev bu gün evə zəng vuraraq dedi ki,müəssisənin nəzarətçisi Habil Əliyev əsassız olaraq məndən 2 manat verməyimi tələb etdi.Pul verməkdən imtina etdiyim zaman, nəzarətçi H.Əliyev qolumdan tutaraq rəis müavini Firdovsi İsmayılovun xidməti otağına apardı.
Firdovsi İsmayılov üstümə qışqıraraq dedi ki,niyə görə nəzarətçiyə pul vermirsən.
Övladım bildirib ki, niyə görə pul verməliyəm ki?
Bu zaman üstümə gələrək baş və bədən nahiyəmə çoxsaylı yumruq-təpik vurdu.
Bədənimdə işgəncə faktının hələdə izləri qalmışdır.
OperativXeber.az bildirir ki, daha sonra Roza Nəcəfova saytımız vasitəsilə Ölkə Başçısı İlham Əliyevdən,Ombudsman Elmira Süleymanovadan və Ədliyyə naziri Fikrət Məmmədovdan övladıma işgəncə vermiş Firdovsi İsmayılov barəsində ciddi tədbir görülməsini xahiş etdi.