Sumqayıt yolunda şıdırğı qadın alveri- Habil, Qabil, Mübariz “trio”sunun biznesi
İlk baxışda “Ət bazarı”nı xatırladır. Burada azyaşlıdan, orta yaş kateqoriyasına məxsus şəxsləri görmək mümkündür. Hətta 13 yaşın istismarından belə heç cürə ehtiyyat etməyiblər. Söhbət “trio qardaşlar”ın, “trio məkan”ından gedir.
Birinin adı Habil, biri Qabil, digər Mübarizdir. Sumqayıt yolunda ”Dubay” kimi taninan kafeni fahişəxana adı altında işlətməklə dolanırlar. Əslən Naxçıvanlıdılar. Bunu isə özləri, onlara irad tutanların qarşısına arqument kimi qoyurlar. Özlərini Naxçıvanın ən nüfuzlu şəxslərinin adı altında sğortalayırlar. Bakı-Sumqayıt yolunda bu qardaşların adını eşitməyən qalmayıb. Törətdikləri iyrənc əməllər isə sərhəd tanımır.
Qadınların yararsız ət parçası kimi satışı”
”DUBAY” istirahət məkanı kimi fəliyyət göstərən adıçəkilən yerdə qadınları əxlaqsızlığa məcbur edib, pul qazanırlar. Günün 24 saatın qadın alverinə sərf edən “Dubay” adlı məkanın “qadın alverçi”ləri kimə və nəyə qulluq etdiyini, hər kəsdən yaxşı bilirlər. Belə ki, restoran adı ilə fəaliyyət göstərən bu məkan, öz gəlirlərini qadın alverindən götürür. Vergidən və həkim nəzarətindən uzaq düşən bu məkan, həqiqətəndə xəstəlik mənbəyinə çevrilib. Vəziyyətin bu hala gəlib çıxmasına baxmayaraq, nə biznes sahibləri, nə də ki, dövlət orqanlarının bu rəzalətə dur deməyə cəsarətləri çatmır. Qardaşların iddiasına görə, “Biz bura aylıq pul veririk, heç kəs burdan narazı ola bilməz. Biz bu yerin hesabını veririk, kimin sözü varsa nazirə yox ona desin” tipli açıqlama verirlər. Özlərini Naxçıvanın rəhbər şəxslərindən birinin övladının adını çəkməklə hər yerdə qoruyurlar. Buna biz inanmasaq da, inanıb, göz yumanlar da az deyil. Ən azından inamsızlıq buna görədir ki, hansısa məmurun övladı bu cür “geydirmə” fahişəxanaya əsla dəstək verməz. Öncəliklə adına yaraşdırmaz. “Dubay” adlı məkandan məlumatların və şikayətlərin ardı arası kəsilməsədə, bu iyrənc sahibkarların qarşısı alınmaz hala gəlib çatıb.
Doğrudanmı, hələ də Sumqayıtda bu tip obyekt fəaliyyət göstərir və bunu heç kim “görmür”?
“Dubay”ın kölələri
Yarıqaranlıq məkandır… Sayrışan rəngli işıqlar… Laqqırtı vuran qadınlar… Siqaret tüstüsü, qəribə qoxular… Bir-birinə qarışan gülüş səsləri… Və bayağı musiqi… Buranın ümumi mənzərəsini qısaca belə təsvir etmək olar. Yaş məhdudiyyəti yox dərəcəsindədir desək yanılmarıq. Açıq-aşkar göstərilən intim xidmətin qiyməti 20 AZN-dən başlayır.
Hər gün axşam saat 5-dən sonra bir çox məktəbli və həyata yeni atılmış gənclərin məskəni olmaqla yanaşı, onların tərbiyəsinə, mənəvi-psixi durumuna, sağlamlığına hansı təsirlər göstərməsi də aydın məsələdir. Təəssüf ki, bu əxlaqsızlıq yuvasının aidiyyəti qurumların diqqətindən yayınması, həm də bir çox kriminogen hadisələrin baş verməsinə təkan vermiş olur. “Trio qardaşlar” üçün, heç nəyə baxmayaraq gəlir qazanmaq ehtirası hər şeydən önəmli və vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Onlar bu əxlaqsızlıqlarını böyük şərəf və fərəhlə topluma nümayiş etdirir. Və haqlı olaraq bu mənzərə qarşısında insanı bir sual düşündürür, doğrudanmı, hələ də Sumqayıtda bu cür obyekt fəaliyyət göstərir və bunu heç kim “görmür”?
Diskoteka yoxsa?…
“Dubay”ın diskotekası dillər əzbəridir. Hətta namını eşidib, rayondan bura axın edirlər. Diskotekanın ayrıca otaqları var ki, burada qadınlar diskotekaya gələnlərə satılır. Burada baş verən insanlıqdan kənar hərəkətlər insanın ağlını itirmək üçün kifayətdir. Qadınların məhv edildiyi bu məkanın sahibinə gözün üstə qaşın var deyən yoxdur.
Qız, yoxsa satlıq mal?
Bu mənzərəyə baxanda, insan gözlərinə inana bilmir. Müştərilər bazarda mal seçdikləri kimi, burada qızları da eyni üsulla seçib bir barmaq işarəsi ilə yanlarına çağırırlar. Dərhal qiymət danışılır və … Bu qızlar burada hər gecə bir neçə neçə kişi ilə cinsi yaxınlıq edir. Müştərilərin sayını heç qızların özü də dəqiq bilməz. Bu qızların yaşı 13-14-dən 40-a qədər olar. İçərisində gözəl qızlar da var. Amma əksəriyyəti o qədər iyrənc və bayağı görünür ki, onlara kiminsə tamah saldığını düşünmək belə olmur. Sallaq bədən, tökülmüş dişlər, qırış sifət. Görünür, burada belələrinə də tələbat var.
Gözəl qızların “alveri” yaxşı gedir, boş dayanmağa vaxt tapmırlar. 15-20 dəqiqədən bir müştəri ilə çıxan qadınların isə sağlamlıq durumu haqqında danışmağa belə dəyməz.
Bir qız oğlanla 20 manata razılaşırsa, o zaman oğlan əlavə olaraq kafeyə 10 manat yer haqqı ödəyir. Bundan əlavə, kafe rəhbərliyi sonradan da hər qızdan yaxınlıq etdiyi hər bir müştəriyə görə 10 manat faiz alır. Kafedə bəzən elə bir mənzərə yaranır, qızlar və oğlanlar o qədər tez-tez qiymətləşib bayıra çıxırlar ki, elə bil hansısa bazarda alver gedir.
“Trio qardaşlar”ın “Pəhləvan”ı…
Bu məkan elə bir yerdir ki, burada hər sifətə, hər tipə rast gəlmək olar. Bəlkə də qonşudan borc alıb bura gələn də var. İnsanın üzünə baxanda çox şeyi başa düşmək olur. Kafenin adı “Pəhləvan”dır. Buranın sahibinin hər səhəri minlərlə manatla açılır. Amma buraya gəlib-gedənlərin bəzisinin sabahı hansısa xəstəxanada açılacaq, kimisi sabah içkinin təsirindən ayılıb peşman olacaq, biri əlini cibinə salıb dünən xərclədiyi pullara heyfsilənəcək, bəziləri də “axşama pul tapsaydım, yenə ora gedərdim” deyəcək. Bax, bu barədə daha geniş danışmaq olar.
Məkanın gündəlik qazancını hesablasan, əməlli-başlı pul çıxar. Di gəl ki, buradakı “yataq otağı” kimi təqdim etdikləri yer əsl xəstəlik mənbəyidir. Burada qızlar, gündə ən azı 15 nəfərlə görüşüb, cinsi əlaqəyə girir.
Qaranlıq düşən kimi burada müştərilərin əlindən tərpənmək olmur. Mənzərəni görən kimi, insanın beyninə gələn ilk suallardan biri belə olur- Hüquq-mühafizə orqanları hara baxır?
Qanın su yerinə axdığı fahişəxanalar
Habil, Qabil, Mübariz adlı qardaşlara məxsus bu məkanlarda, baş verən kütləvi davalardan isə hardasa hər kəsin xəbəri var. Məsələn: bu yaxınlarda qardaşlara məxsus Sumqayit yolunda ”Dubay” kimi taninan fahişəxana kafe sahibləri ilə müştərilər arasında dava məhz qız ucbatından baş verib.
Yayılan informasiyaya əsasən, Sumqayıtda 20 nəfər arasında kütləvi dava baş verib. Kütləvi davaya əsas səbəb kimi isə kafe sahibləri ilə müştərilər arasında yaranmış narazılıq göstərilir. Zərərçəkmişlərdən birinin açıqlamasında isə kafe sahiblərinin onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava saldıqlarını qeyd edib.
Buradan belə nəticəyə gəlmək olar ki, Habil, Qabil, Mübariz qardaşlarının fəaliyyəti fahişəxanaların idarəçiliyi ilə məhdudlaşmır, onları həmçinin potensial cibgir, qatil də adlandırmaq olar.
“Trio qardaşlar”ın törətdikləri əxlaqsız əməllərə görə, məmur övladının adından istifadə etməsinə gəldikdə isə məsələ ilə bağlı araşdırmaya başlamışıq. Həmin məmurun idarəsinə sorğu göndərmişik. Yaxın günlərdə həqiqətin əslində nədən ibarət olduğunu görəcəyik.
Amma əsas sual və maraqlı olan budur: Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və ya başqa hüquq-mühafizə orqanlarının əməkdaşları hara baxır?
Mövzunu davam etdirəcəyik…reportyor.org