“Ukraynada vəziyyət narahatlıq yaradır, görüşdə bu məsələ də müzakirə olundu”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə bu məsələdə çox məsuliyyətli mövqe sərgiləyir:
“Rusiya və Ukrayna prezidentləri ilə aparılan danışıqlar, sülhə çağırışlar buna nümunədir. Azərbaycan məsələlərin danışıqlar yolu ilə həllinə çağırır. İnanırıq ki, danışıqlarda nəticələr əldə oluna bilər. Bu gün Rusiya və Ukrayna arasında humanitar sahədə razılıq əldə olunub”.
C.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə məşğuldur: “Səfirliklər və konsulluqlarımız qarşılıqlı çalışırlar. Diplomatik missiyalarımız Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoymur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.