“Lada İjevsk” avtomobil zavodu işçilərinin bir hissəsini “Kalaşnikov” konserninin tərkibinə daxil olan İjevsk Mexanika Zavoduna köçürülüb.
AzadMedia.az "oxu.az"a istinadən xəbər verir ki, söhbət artıq müvəqqəti işlə təmin olunmaq üçün müraciət etmiş 80 əməkdaşdan gedir.
Bildirilir ki, “AvtoVAZ” komponentlərin olmaması səbəbindən dayanma müddətini belə kompensasiya edəcək.
Məlumata görə, bu addım sanksiyalar və komponentlərin çatışmazlığı fonunda “müəssisənin kadr potensialının qorunması” və “ləyaqətli əmək haqqının təmin edilməsi” tədbirləri çərçivəsində həyata keçirilib.
Hazırda “AvtoVAZ” əməkdaşlarının konkret nə ilə məşğul olacağı bəlli deyil. “Kalaşnikov”da onlar ancaq dövlət müdafiə sənayesi sifarişinin yerinə yetirilməsinə kömək edə biləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.