Masallı rayon İcra Hakimiyyəti Başçısı
Araz Əhmədovun tapşırığına əsasən rayon və kəndlərdə təmir-bərpa işləri aparılır.
Qış mövsümünün başlanmasına baxmayaraq, Masallı rayonunun kəndlərində yaşayış məntəqələrində tikinti, təmir, abadlıq və quruculuq sahəsində işlər davam etdirilir.
Azadmedia.az - ın cənub bürosu xəbər verir ki, Masallı rayon Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi ilə Masallı rayon Təzəkənd bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən hər ay müəyyən edilmiş vaxtlarda Təzəkənd kəndindən məişət tullantılarının daşınmasına start verilmişdir.
Belə ki, 14.12.2022-ci il tarixdən etibarən Təzəkənd kəndindən ilk dəfə olaraq məişət tullantılarının daşınmasına başlanılmışdır.
Təzəkənd kəndində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin Azərişıq tərəfindən yenilənməsi işləri davam etdirilir.
Türkoba ərazisində xeyriyyəçilər tərəfindən imkansız ailəyə 140 m məsafədən qaz xətti çəkilmişdir.
Yeyənkənd kənd məscidinin həyətində yerləşən mərasim zalı xeyriyyəçilər tərəfindən təmir olunur.
Sığdaş-Ninalov kəndinin arasında olan mərkəzi küçə qaz xətti çəkən podratçı təşkilat tərəfindən (qaz xətti çəkilən zaman korlanan yol) 2 maşın şebellə təmir olunmuşdur
Mahmudavar ərazisində kəndarası yollara Mahmudavar ərazi nümayəndəsi və kənd xeyriyyəçiləri tərəfindən 500 metr məsafəyə çınqıl döşənmişdir.
Göyəçöl kənd ərazisində kənd sakinləri və xeyriyyəçiləri tərəfindən kənd arası küçəyə 1 kamaz və 1 şaqman qarışıq çınqıl döşənmişdir.
Qasımlı kəndində kənd xeyriyyəçiləri tərəfindən yollar təmir olunur.
Sərçuvar kəndi Vətən müharibəsi iştirakçısı Qafarov Əli Füzuli oğlunun yaşadığı küçəyə ərazi nümayəndəliyinin təşəbbüsü, bələdiyyə və xeyriyyəçilərin köməkliyi ilə 3 traktor qum tökülərək hamarlanmışdır.
Ələt -Astara yolun (köhnə yol) Sərçuvar kəndindən keçən hissəsində olan tutulmuş ehtiyat suötürücü keçid Sərçuvar ərazi nümayəndəliyinin müraciəti ilə 47 saylı Yol istismar idarəsi tərəfindən təmizlənmişdir.
Yeyənkənd ərazisində yararsız elektrik direkləri yeni beton dayaqla əvəz olunur.
Hacitəpə kəndində qəbiristanlığın hasarlarına işıq plafonları quraşdırılmışdır.
Göyəçöl ərazi nümayəndəliyinin inzibati binasında təmir işləri davam edir.
Lürən ərazisində suaparıcı kanalların lildən təmizlənmə işləri davam etdirilir.
Yeyənkənd ərazi nümayəndəliyinə gedən 50 metr yolu Ərazi nümayəndə işçiləri və bələdiyyə tərəfindən şebenlə hamarlanmışdır.
Təzəkənd Sənətkarlıq klubu, Təzəkənd həkim məntəqəsi və Kənd kitabxanasının maliyyə dəstəyi ilə 1 maşın çınqıl adı çəkilən idarə və müəssisələrin qarşısına tökülmüşdür.
Sığdas ərazisinin Babakücə kəndinin mərkəzi yoluna kənd xeyriyyəçiləri tərəfindən 2 maşın şebel döşənmişdir.
Köhnə Alvadı ərazisində 50 ədəd dekorativ gül agacı əkilmişdir.
Köhnə Alvadı kəndində 250 kv transformator 400 kv transformatorla əvəz olunub.
Köhnə Alvadı kənd məscidinin həyətinə xeyriyyəçilər tərəfindən 1500 kv/m metlaq alinmış və məscidin həyətində metlax döşənilməsi işləri gedir.
Banbaşı və Böyük Xocavar kəndlərində su aparıcı kanallar təmizlənərək suyun axını normal vəziyyətə gətirilmişdir.
Böyük Xocavar kəndində Vətən müharibəsi iştirakçısının həyətinə daxili imkanlar hesabina 15 kamaz torpaq tökülmüşdür.
Tüklə ərazisində Qababağ müharibəsində qəhrəmancasına şəhid olmuş Zöhrab Mehdiyev adına küçəyə kənd xeyriyyəçisinin şəxsi vəsaiti hesabına 2 maşın şebel tökülmüşdür.
Qeyd edək ki, sakinlərin arzu və istəkləri nəzərə alınaraq rayonda mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təmir-bərpa işləri də davam etdirilir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.