Ötən gün Kahramanmaraşda baş verən və Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olan şiddətli zəlzələlər dünya mətbuatında gündəm oldu.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Dünyanın ən aparıcı yayım təşkilatları Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı gəlişmələri öz manşetlərində paylaşıb.
British Guardian qəzetinin manşetində Diyarbəkirdə dağıntılar altından çıxarılan qızın fotosundan istifadə edərək "Fəlakət": Türkiyə və Suriyanı vuran zəlzələdə minlərlə ölü. “Son 100 ilin ən güclü təkanları şəhərləri xarabalığa çevirib.
“Times” qəzetinin manşetində “Nəhəng zəlzələ minlərlə insanı yuxuda öldürdü” deyə qeyd edib.
“Son 84 ilin ən böyük zəlzələsi Türkiyə və Suriyanı sarsıdandan sonra minlərlə ölü” başlıqlı xəbərdə “Financial Times” zəlzələni “son 100 ilin ən böyük təbii fəlakəti” olaraq xarakterizə edib.
Daily Telegraph ilk səhifəsində Hatayda dağıntılar altından çıxarılan gəncin fotoşəkilindən istifadə edib. “Daily Mail” qəzeti “Günahsızlar üçün ümidsiz xilasetmə səyləri” başlığını dərc edib.
“Onlara kömək edin” başlığı ilə çıxan “Sun” qəzeti dağıntılar altında 10 min insanın öləcəyindən qorxulur yazarkən zəlzələ qurbanlarına yardım kampaniyasına başladıldığını açıqlayıb.
İngiltərənin Daily Mirror qəzetinin ilk səhifəsində Suriyada dağıntılar altından çıxarılan uşaq fotosu ilə "Dəhşət içində bir ümid anı" ifadələrini işlədib.
Fransanın “Le Monde” qəzeti xilasetmə işlərinə diqqət çəkərkən, “Vaşinqton Post” Suriyada xilasetmə işlərinin çətin şərtlər altında davam etdiyini qeyd edib.
İsrailin aparıcı media orqanlarından biri olan Haaretz Hatayda havadan görüntülər paylaşıb.
Birləşmiş Ərəb Əmirliklərinin media orqanı National isə xilasetmə işləri ilə bağlı ətraflı xəbəri manşetdə dərc edib.
Ü. Piriyeva