AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”

  • + A
  • - A
  • 3-03-2023, 09:40

    “Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”


    Əməkdar artist Sevda Ələkbərzadə vaxtsız vəfat edən sənət və ictimai xadimlərlə bağlı paylaşım edib.

    AzadMedia.az xəbər verir ki, o, ölümün ucuzlaşdığını, gündə bir vəfat xəbəri eşitdiyini bildirib:

    “Mən balaca olanda arada ancaq yaşlı insanların rəhmətə getdiyini eşidərdim, cavanların ölümü çox nadir halda olurdu, onda da hamı şok olurdu. İndi nə oldu? Son illər? Uşaq, cavan... Bu bizim yaşam tərzimizdəndirmi? Ekologiyadandırmı? Qidamı? Stresli həyatmı? Nədir də? Xəstəliklərdən danışmıram hələ, bu, başqa bir mövzu. Nə bilim Vallah...”

    Xatırladaq ki, bu il yanvarın 22-də Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında xərçəng xəstəliyindən, martın 2-də isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli 48 yaşında ürəktutmadan vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR