Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Qəza nəticəsində "Niva"da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev, eləcə də "Mercedes" in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Hadisə zamanı yaralanan şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.