AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran: İran–Ermənistan–Gürcüstan dəhlizi regional ticarət əlaqələrini gücləndirə bilər

  • + A
  • - A
  • Dünən, 23:21

    İran: İran–Ermənistan–Gürcüstan dəhlizi regional ticarət əlaqələrini gücləndirə bilər

    İran: İran–Ermənistan–Gürcüstan dəhlizi regional ticarət əlaqələrini gücləndirə bilər

    İran və Ermənistan rəsmiləri avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər bildiriblər ki, İran–Ermənistan–Gürcüstan nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması regional ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verə bilər.

    Məlumata görə, bu məsələ Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan ilə İranın Yol və Şəhərsalma nazirinin müavini, həmçinin Yol Tikintisi və Nəqliyyat Təşkilatının rəhbəri Rza Əkbərinin görüşündə müzakirə olunub.

    Danışıqlar zamanı avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı, tranzit infrastrukturunun gücləndirilməsi və sərhəddə nəqliyyatın hərəkətinə mane olan problemlərin aradan qaldırılması yolları nəzərdən keçirilib.
    Rza Əkbəri bildirib ki, tərəflər infrastrukturun inkişafı, sərhəd keçidlərində maneələrin aradan qaldırılması, yol rüsumlarının azaldılması və ya ləğvi, eləcə də İran və Ermənistan ərazilərində buraxılış qabiliyyətinin artırılmasını nəzərdə tutan geniş memorandum layihəsi hazırlayıblar.

    O qeyd edib ki, İranın qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və İran–Ermənistan–Gürcüstan dəhlizinin tam aktivləşdirilməsi regional ticarət əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

    Ermənistan tərəfi də İranla iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini bildirərək, ölkədə həyata keçirilən infrastruktur layihələrinin icrası istiqamətində irəliləyiş əldə olunduğunu qeyd edib.

    Bildirilib ki, tranzit infrastrukturunun təkmilləşdirilməsi və həyata keçirilən digər tədbirlər sürücülərin üzləşdiyi problemlərin həllinə, həmçinin sərhəd-keçid məntəqələrində logistikanın yaxşılaşdırılmasına mühüm töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR