ABŞ-da F-35B qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ-da F-35B qırıcı təyyarəsi qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Dəniz Piyadaları Korpusunun Miramar aviabazasında F-35B Lightning II tipli qırıcı təyyarə qəzaya uğrayıb.
CNN-in məlumatına görə, təyyarə eniş zolağına çatmamış yerə düşüb. Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb. Pilotun vəziyyəti barədə də rəsmi məlumat verilməyib.
F-35B Lightning II istehsalçı tərəfindən dünyanın ən müasir döyüş təyyarələrindən biri kimi təqdim olunur. Bu model həm adi üsulla, həm də helikopter kimi şaquli eniş edə bilir. Uzunluğu 15 metrdən artıq olan qırıcı ABŞ Dəniz Piyadaları Korpusu, Böyük Britaniya Silahlı Qüvvələri və İtaliya Hərbi Hava Qüvvələrinin arsenalında istifadə olunur.
İstehsalçı şirkətin məlumatına əsasən, bir ədəd F-35B təyyarəsinin dəyəri təxminən 102 milyon ABŞ dollarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.