AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DYP-də oliqarx zabitlərin biznes marağına qurban verilən qanunlar …

  • + A
  • - A
  • 7-04-2018, 13:48

    DYP-də oliqarx zabitlərin biznes marağına qurban verilən qanunlar …














    DYP-də oliqarx zabitlərin biznes marağına qurban verilən qanunlar …
    Azərbaycan Dövlət Yol Polis İdarəsi 7 ildir ki, Azərbaycan Respublikası “Yol Hərəkəti Haqda” Qanununu pozmaqdadır. 2011-ci ildə təsdiqlənən qanuna görə Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında nömrə nişanlarının siyahısı və müvafiq qiymətləri göstərilməklə yerləşdirilməlidir. DYP-nin saytında yerləşdirilən və icrası 7 ildir ki, gerçəkləşdirilməyən Qanunun “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı” adlanan 29-ci maddəsinin II-I bəndində oxuyuruq:

    II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Bəli qanun bunu tələb edir. Amma DYP-nin rəsmi internet səhifəsində ötən 7 il ərzində belə məlumatlarla tanış olmaq mümkün olmayıb. Səbəb isə sadədir. Bu, DYP-də çalışan və nömrə nişanlarının verilməsi ilə məşğul olan şöbə əməkdaşlarına sərf etmir.

    Qanunun tələbi də 7 ildir ki, DYP rəsmilərinin biznes maraqlarının qurbanına çevirilib. Belə olmasaydı, vətəndaşlar maşınlarına dövlət qeydiyyat nişanlarında rəqəm və ya hərf kombinasiyalarını seçmək azadlığına sahib olardılar. Qanunun tələb etdiyi kimi DYP-nin saytına daxil olub istədikləri rəqəm və ya hərf kombinasiyaları olan dövlət qeydiyyat nişanını seçib rüsumu keçirməklə əldə edə bilərdilər.

    Məsələn kimsə Az 10 PP 100, Az 10 TT 100 və s bu kimi rəqəm və ya hərf kombinasiyaları olan dövlət qeydiyyat nişanını seçib rüsumu ödəməklə əldə edə bilməli idi. Bunun əvəzində DYP-də kimlərinsə bığının altından keçməklə belə dövlət qeydiyyat nişanları almaq olur. Qonşu Gürcüstanda isə illərdir ki, oxşar qanun qüvvədədir və işlək vəziyətdədir. Vətəndaş müvafiq qurumun saytına daxil olur, dövlət qeydiyyat nişanında istədiyi rəqəm və ya hərf kombinasiyalarını sifariş edir, rüsumu ödəyir və alır.

    Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dövlət nömrə nişanının ən bahası 2500 manatdır. Bunu Avtolent.az-a açıqlamasında ötən il Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirmişdi. Vurğulamışdı ki, heç kim özbaşına dövlət nömrə nişanını sata bilməz: “Hər bir avtomobilə dövlət tərəfindən qeydiyyat nişanı verilir. Kimliyindən asılı olmayaraq bu nömrələri heç kim sata bilməz. Dövlət nömrə nişanı yalnız nəqliyyat vasitəsi satışa çıxarıldığı halda avtomobillə bir yerdə satıla bilər”.

    Şöbə rəisi qeyd etmişdi ki, sıralamadan asılı olaraq ən ucuz dövlət qeydiyyat nişanının qiyməti 22 manatdır. Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda satılan ən bahalı avtomobil nömrələrinin siyahısı da yayılıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı David Xamelenko adlı şəxs sosial şəbəkələrə elan yerləşdirib. Elanda qeyd olunur ki, aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə Az 99 TT 999-dur – 230 min manat.
    Satışda olan digər nömrələrin siyahısı ilə belədir:

    Az 99 LL 999 – 200 min AZN
    Az 99 VV 999 – 200 min AZN
    Az 99 UU 999 – 200 min AZN.

    Maraqlıdır, DYP rəsmisi ən bahalı dövlət qeydiyyat nişanının rəsmi qiymətinin 2500 manat olduğunu açıqlayır, deyir ki, heç kim özbaşına nömrə nişanı sata bilməz. Bəs bu astronomik qiymətli nömrələri satanlar kimlərdir? Həmin şəxslərlə “Yol Hərəkəti Haqda” Qanunun 29-ci maddəsinin II-I bəndi 7 ildir icra etməyən DYPİ rəhbərliyi arasında əlaqə varmı? criminalaz.com

    P.S Gundeminfo.az olaraq qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının verilməsinə Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Müşfiq Rəhimov rəhbərlik və nəzarət edir. Qeyd edilən islahatların həyata keçirilməməsi də məhz adıçəkilən məmurların bu sahədən böyük gəlirlər əldə etmə səbəbindən həyata keçirilmir.

    DYP-də oliqarx zabitlərin biznes marağına qurban verilən qanunlar …



    Məlumat üçün bildirək ki, 2016-cı ilin oktayb ayının 16-da Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun uzun illərdir icra etdiyi bu vəzifədən gedişi ilə bağlı müxtəlif fikirlər səslənir.
    DYP-də oliqarx zabitlərin biznes marağına qurban verilən qanunlar …
    Hacımurad Abdullayev bu vəzifədən gedəndən sonra onun rəhbərlik etdiyi şöbə ləğv edilib. Həmin şöbənin yerində isə Qeydiyyat-İmtahan İdarəsi (Qİİ) yaradılıb. Həmin idarənin rəisi postuna polkovnik Mübariz Şahbazov təyin edilib. Mübariz Şahbazov həm də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir. Hazırda həm rəis müavini, həm də Qİİ rəisi kimi fəaliyyətini davam etdirən Mübariz Şahbazov, uzun illərdir daxili işlər orqanlarında çalışır, DYP sıralarında geniş təcrübəsi olan zabit kimi tanınır.

    M.Şahbazovun bu vəzifəyə təyinatından sonra yuxarıda qeyd edilən problemi aradan qaldıracağına dair bir sıra gözləntilər olsa da hələ də dövlət qeydiyyat nişanlarının satışı ilə bağlı “Elektron hökumət”lə bağlı qəbul edilən müvafiq tələblər icra edilməyib.

    Mövzu ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR