Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur və mümkün həbs orderləri qanuni olaraq etibarsızdır.
Bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.
“Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun iştirakçısı deyil və ona görə öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs “reseptləri” bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”, - Zaxarova qeyd edib.
19:39
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərdə ittiham olunaraq həbsinə order verib.
Rusiya ilə Ukrayna arasında müharibənin birinci ildönümündən sonra Ukraynada ölən dinc əhalinin sayı 40 mini keçib. Ukrayna lideri Volodimir Zelenski Putini Donbas, Buça və Mariupol kimi bir çox separatçı şəhərlərdə soyqırım törətməkdə ittiham edib.
Buçadakı qətliam 1 aprel 2022-ci ildə Rusiya qüvvələrinin şəhərdən çıxarılması ilə ortaya çıxdı və 1000 mülki vətəndaşın öldürülməsi dünya gündəmini sarsıtdı.
Son bir neçə gündə mülki vətəndaş ölümləri fonunda hərəkətə keçən və həbs qərarı verməyə hazırlaşan Beynəlxalq Cinayət Məhkəməsi artıq qərarını verib. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Putinin Ukraynada törətdiyi soyqırımlara və əməllərə görə həbs olunmasına order verib.
Ukrayna prezidenti Volodimir Zelenski də 2022-ci il aprelin 11-də rus təcavüzkarlarının Ukrayna torpaqlarında törətdiyi hərbi cinayətləri araşdırmaq, beynəlxalq xüsusi hərbi tribunal yaratmaq üçün beynəlxalq tərəfdaşlarından dəstək istəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.