AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan parlamentində deputatlar arasında QALMAQAL VƏ DAVA - SON DƏQİQƏ

  • + A
  • - A
  • 31-03-2023, 13:04

    Ermənistan parlamentində deputatlar arasında QALMAQAL VƏ DAVA -


    Ermənistan parlamentində deputatlar arasında dava olub.

    “NEWS.am” xəbər verir ki, bu barədə “Ermənistan” parlament fraksiyasından bildiriblər.

    Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş Prezident Robert Koçaryanın liderlik etdiyi “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Mqer Saakyanı qanunverici orqanın binasından çıxarıblar.

    Parlamentin sədri Alen Simonyan da hadisə zamanı fraksiyanın iş otağında olub. Kabinetdən qışqırıq və hay-küy səsləri eşidilib.

    A.Simonyan jurnalistləri hadisə yerindən uzaqlaşdırmaqla bağlı göstəriş verib.

    Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalifət olan “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Başqa bir müxalif fraksiya isə “Şərəf duyuram” adlanır. Ona Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edir. Hər iki fraksiyanı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan dəstəkləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR