AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Amaliya” Estetik Təbabət Mərkəzində nə baş verir? (FOTO)

  • + A
  • - A
  • 17-04-2018, 14:26

    “Amaliya” Estetik Təbabət Mərkəzində nə baş verir? (FOTO)















    Mərkəz “fövqəlnazir”in ailəsinin adından necə istifadə edir?

    Azərbaycanda son illər həkim-kosmetoloqların xidmətlərindən yararlanan insanların sağlamlığına bərpaolunmaz zərər vurulması halları geniş yayılıb. Səhiyyə Nazirliyinin estetik əməliyyatlar sahəsində hökm sürən özbaşınalıqlara göz yumması isə nəticədə insanların əcaib hala salınmasına və bəzi hallarda ölümünə gətirib çıxardır.

    Hazırda ölkədə fantastik qiymətlərinə görə və həmçinin son illər estetik görünüşün gözəlləşdirilməsinə böyük ehtiyyac yarandığından həkimlərimiz bu səhə üzrə ixtisaslaşmağa üstünlük verirlər. Artıq pediatrlardan tutmuş onkoloji sahə üzrə həkimlərin bir çoxu estetik əməliyyatlar həyata keçirməyə başlayıblar. Səbəb sadədir, tez bir zamanda fantastik pul qazanmağın ən asan yolu.

    Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən ölkədə estetik klinikalarda çalışan həkimlərin peşəkarlığı barədə hər-hansı bir araşdırma aparmaması da onu göstərir ki, bu sahədə əməlli başlı dərəbəylik hökm sürür. GunAz.org xəbər verir ki, belə klinikalardan biri Bakının Səbail rayonu, Neftçilər prospektində yerləşən “Amaliya” Estetik Təbabət Mərkəzidir. Bu mərkəz müştərilərini cəlb etməkdən ötrü bir çox hallarda Azərbaycanın tanınmış simaların adından istifadə etməklə “estetik biznes”də birinciliyi əldə edə bilib. Mərkəzin rəsmi internet (www.clinicaamaliya.az) səhifəsinə nəzər yetirdikdə deputat Elmira Axundovanın və tanınmış modelyer Fəxriyyə Xələfovanın şəkilləri ilə bəzədilmiş reklam xarakterli məlumatlar yerləşdirilib. Bundan əlavə “Amaliya” Estetik Təbabət Mərkəzinə gələn müştərilərə, məsələn fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, kənd təsərrüfatı naziri Heydər Əsədovun və bir çox nazirlərin həyat yoldaşlarının məhz onların estetik mərkəzlərinə üstünlük verdiklərini təkidlə inandırmağa çalışırlar. Bununla da mərkəzin həkimləri güya yüksək kosmetoloji xidmət göstərdikləri üçün onlara nazirlərin həyat yoldaşları müraciət edirlər. Belə olan halda, daha çox dərisində hər hansı problem olan qadınlar tora salınaraq onlardan külli miqdarda pul alınır. Nəticədə isə həmin şəxslər effektsiz müalicə olunur. Əslində “Amaliya” Estetik Təbabət Mərkəzində ciddi araşdırmalar aparılsa hüquqi nəzarətsizliyin yoxluğu, yaxud sui- istifadə edən estetik əməliyyatlarla məşğul olanlar insanları sözün həqiqi mənasında “ovlamaqla” məşğul olduqları üzə çıxa bilər. Elə bu səbəbdəndir ki, bəzi hallarda Azərbaycanda uğurlu estetik gözəllik adıyla aldadaraq klinikalarda əməliyyatlara cəlb etdikləri insanların sonradan yaranan problemlərini həll etməkdən boyun qaçırırlar.

    Göründüyü kimi bu illər ərzində Azərbaycanın Səhiyyə Nazirliyinin bu sahəyə kor-təbii münasibəti bir çox hallarda insanların sağlamlığını təhlükə altına atıb. Belə olduğu halda başqa dövlətlərdə insanların ölümündə günahlandırılan estetik cərrahlar gəlib Azərbaycanda özlərinin cinayət əməliyyatlarını davam etdirməklə vətəndaşlar üzərində yeni-yeni eksperimentlər apara bilməzdilər.

    Dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanda həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla, (http://istipress.com/siyaset/30-11-2017/bakida-klinika-reberi-hebs-edildi) saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik pereparatların istehsalı, satışı və idxalı ilə məşğul olan mütəşəkkil dəstələrin həbs edilməsinə baxmayaraq hazırda bu cür hallara ölkəmizdə rast gəlmək yenə də mümkündür.

    Fuad Muxtarlı

    GunAz.org


    “Amaliya” Estetik Təbabət Mərkəzində nə baş verir? (FOTO)
    “Amaliya” Estetik Təbabət Mərkəzində nə baş verir? (FOTO)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR