AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Xersondan apardığı uşaqlardan bir qismini geri qaytarıb - Mikola Kuleba

  • + A
  • - A
  • 10-04-2023, 22:07

    Rusiya Xersondan apardığı uşaqlardan bir qismini geri qaytarıb -


    Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyası Rusiyanın bölgənin işğal olunmuş ərazilərindən apardığı uşaqlardan 24-nün geri qaytarıldığını bildirib.

    Belə ki, uşaqları geri qaytarılmasına "Ukraynanı xilas et" xeyriyyə fondunun könüllüləri yardım edib. Aprelin 10-da uşaqları Xerson şəhərində Xerson vilayətinin rəhbəri Aleksandr Prokudin qarşılayıb.

    Həmçinin könüllülər bunun ən çətin xilasetmə missiyalarından biri olduğunu deyib. "Ruslar uşaqların valideynlərini 13 saat dindirdikdən sonra onları təbliğat reportajında iştirak etməyə məcbur edib" - deyə, məlumatda bildirilib.

    Qeyd edək ki, aprelin 8-də Ukraynaya 31 uşaq qaytarılıb. "Ukraynanı xilas et" təşkilatının icraçı direktoru, prezidentin uşaq hüquqları üzrə keçmiş komissarı Mikola Kuleba bunun beşinci xilasetmə missiyası olduğunu deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR