ABŞ ordusu Arizona ştatının Yuma poliqonunda havadan müdafiə qüvvələrinin qısa mənzilli lazer sistemini sınaqdan keçirib.
Belə ki, bu barədə xarici KİV məlumat yayıb.
Həmçinin sistem hazırlanmaqda olan İstiqamətləndirilmiş Enerji Manevri (DE M-SHORAD) proqramı çərçivəsində test edilib.
Bildirilib ki, 50 kilovatt gücündə olan cihaz “Stryker” zirehli maşınına quraşdırılıb. Sınaq zamanı sistem bir neçə PUA-nı məhv etsə də, raketlərin və artilleriya mərmilərinin tutulmasında bəzi problemlər qalmaqdadır.
Qeyd edək ki, sınağın müxtəlif mərhələlərdə davam etdiriləcəyi deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.