Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Xerson şəhərini atəşə tutublar.
Belə ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər qadın həlak olub.
Həmçinin Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, Rusiyanın hava hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.