Dünən saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserdə bıçaqlanma hadisəsi baş verib.
Dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Ə. digər pasiyent 1979-cu il təvəllüdlü Ə. M.-ə arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 1 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.