Ukrayna Xarici İşlər Nazirliyi bir gün əvvəl Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verilir
Belə ki, "Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - deyə bildirilir.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi tərəflər aparılan danışıqları “açıq-aşkar qeyri-dost hərəkət” adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.