AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: “Azersky” peyki yəqin ki, meteoritlə toqquşub

  • + A
  • - A
  • 20-04-2023, 23:29

    Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: “Azersky” peyki yəqin ki, meteoritlə toqquşub

    “Azersky” peyki ilə məlumat mübadiləsinin dayandırılmasının mümkün səbəbi kimi kiçik ölçülü kosmik zibil və ya meteoritlə toqquşma hesab olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji mənbəyi sıradan çıxa bilər. Azadmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    ABŞ Kosmik Müşahidə Şəbəkəsindən alınan məlumata görə, “Azersky” peyki nəzərdə tutulan orbitdə uçuşunu davam etdirir. ABŞ Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmosda ölçüsü 10 sm-dən böyük olan 36500 obyekti izləyir.Lakin SSN-nin izləyə bilmədiyi planetin ətrafında hərəkət edən 1 milyondan çox kiçik obyektin (1-10 sm) olduğu təxmin edilir.

    Bu gün Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş “Azersky” peyki öz missiyasını vaxtından bir il əvvəl başa çatdırıb, yəni missiyasının doqquzuncu ilində “Azersky” peyki ilə məlumat mübadiləsi dayandırılıb. “Azərkosmos” və peyk istehsalçısı “Azersky” peyki ilə əlaqəni bərpa etmək üçün tədbirlər görsələr də, peyklə əlaqə yaratmaq mümkün olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR