ABŞ Tayvana 345 milyon dollarlıq hərbi yardım ayırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Belə ki, hərbi yardım paketinə silahlar, eləcə də Tayvan ordusu üçün təlim proqramları daxildir.
Qeyd edək ki, Pentaqondakı mənbələrdən verilən məlumata görə, Vaşinqton adaya zenit-raket kompleksləri, kəşfiyyat və müşahidə avadanlıqları, odlu silahlar və raketlər göndərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.