Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri Rusiyanın silah almaq istəyindən xəbər verir.
Azadmedia.az ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Avstraliyanın Brisben şəhərində keçirilən “2+2” formatında danışıqların yekunlarına dair çıxışı zamanı deyib.
Belə ki, həmin görüşdə Pentaqon rəhbəri Lloyd Ostin, Avstraliyanın müdafiə və xarici işlər nazirləri Riçard Marles və Penni Vonq da iştirak edib.
Bundan əlavə Blinkenin sözlərinə görə, o, Rusiya müdafiə nazirinin məzuniyyətlə bağlı Pxenyanda olmasına şübhə edib.
Qeyd edək ki, “Rusiya müdafiə nazirinin Şimali Koreyadakı hesabatlarına gəlincə, Şoyqunun orada məzuniyyətdə olmasına şübhəm var. Rusiya hazırda ümidləri tükənmiş şəkildə kənardan dəstək, silah axtarır və biz bunu hazırda Şimali Koreyada görürük”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.