Polşanın Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko məlumat verib.
Belə ki, bu addımın atılmasına səbəb kimi, Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər göstərilib. Belə ki, Pşidaçın sözlərinə görə, Ukrayna Polşadan xeyli sayda yardım alıb və yaxşı olardı ki, son dövrdə ölkəsinin Ukrayna üçün oynadığı rol Kiyev tərəfindən qiymətləndirilsin. O həmçinin Ukraynanı nankorluqda ittiham edib.
Qeyd edək ki, Ukrayna XİN isə öz növbəsində səfirə bildirib ki, ukraynalıların Polşaya qarşı guya nankorluq etmələri barədə bəyanatlar həqiqətə uyğun deyil və qəbuledilməzdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.