Avqustun 1-də sənaye və ticarət naziri Nuriddin Əzizinin başçılıq etdiyi Taliban hərəkatının nümayəndələrindən ibarət heyət Astanaya gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Nümayəndə heyətinin Astana ilə əməkdaşlıq müzakirəsi və bu gün keçiriləcək Qazaxıstan-Əfqanıstan biznes forumunda iştirakı planlaşdırılır. Avqustun 4-də isə Konqres Mərkəzində Əfqanıstan mallarının iki günlük sərgisi açılacaq”, - deyə məlumatda deyilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.