Qırğızıstan parlamentinin müxalif deputatı Adaxan Madumarov dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, “Qırğızıstan Daxili İşlər Nazirliyinin İstintaq Xidməti yüksək vəzifəli şəxslərin dövlətə xəyanət faktı ilə bağlı cinayət işini araşdırır. 2023-cü il sentyabrın 2-də Qırğızıstanın Təhlükəsizlik Şurasının keçmiş katibi Adaxan Madumarov cinayət işi çərçivəsində saxlanılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, hazırda istintaq davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.