Fransada irqçilik və polis zorakılığına qarşı nümayiş keçirilib.
Ayrı-ayrı şəhərlərdə həmkarlar ittifaqları və siyasi partiyalar da daxil olmaqla 100-dən çox qurumun çağırışı ilə nümayişlər təşkil edilib.
Paytaxt Parisdə minlərlə adamın yürüş etdiyi nümayişə “Sarı jiletlilər”, Boyun Əyməyən Fransa (LFİ) partiyasından Raçel Keke və 2016-cı ildə jandarm maşını ilə ölən Adama Traorenin bacısı Assa da qatılıb.
Nümayişçilər polis zorakılığına və irqçiliyə son qoymağa çağırıb, həmçinin ictimai azadlıqların qorunmasını tələb ediblər.
Etirazçılar faşizm və polis əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilər əllərində "Qaçqınlar, müsəlmanlar, qaraçılar və qeydiyyatı olmayanlar çox deyil, çox olan irqçilikdir", "İrqçiliyə və polis zorakılığına son qoyun" şüarlı yazılı plakatlar və Fransada polisin iştirakı ilə baş verən hadisələrdə həyatını itirən vətəndaşların şəkillərini qaldırıblar. Onlar bu etiraz yürüşü ilə polisin respublikanın xidmətində olmasını və əhaliyə qarşı hərəkət etməməsini tələb ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.