Kanadanın baş naziri Castin Trüdo İsrailin mühasirəsi altında olan Qəzzaya yardımların çatdırılması üçün humanitar dəhlizin yaradılması ilə bağlı çağırış edib.
Azadmedia.az xəbər verir ki, CBC News-un məlumatına görə, Castin Trüdo İcmalar Palatasındakı çıxışında İsrail-Fələstin münaqişəsini qiymətləndirib. Belə ki, Qəzzadakı dəhşətli və getdikcə pisləşən humanitar böhrana görə narahat olduqlarını bildirən Castin Trüdo Qəzzadakı mülki vətəndaşlara humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Castin Trüdo yardımların heç bir maneə olmadan Qəzza zolağına çatdırılması üçün humanitar dəhlizin yaradılması ilə əlaqədar çağırış edib. Castin Trüdo bildirib ki, müharibənin belə qaydaları var və Qəzzada beynəlxalq qanunlara riayət edilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.