Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis Türkiyə Respublikasının Ukraynadakı yeni səfiri Mustafa Levent Bilgenin etimadnaməsinin surətini qəbul edib.
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə nazir müavini iki ölkə arasında ikitərəfli dialoqun səviyyəsini müsbət qiymətləndirib, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyə görə minnətdarlığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.