AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" - "Hakken" oyununun biletləri satışa çıxarıldı

  • + A
  • - A
  • 28-11-2023, 13:31

    "Qarabağ" - "Hakken" oyununun biletləri satışa çıxarıldı

    "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

    Qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

    VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.

    Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

    Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə "Molde"nin qonağı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR