IDDIA: Nağılımızın adı “Əlibaba və 40 dələduz” !
İnfoPlyus.Tv nəzərinizə çatdırır ki, bu məqaləni Ə.Əliyevin müraciəti əsasında qismən genişləndirib oxuculara təqdim edirik
Başqa nağıllardan fərqli olaraq bizim “nağıl”ımız keçmiş zaman şəkilçisi olan mış-miş-lə deyil, 2009-cu ilin may ayından başlayıb, bu günə qədər davam etdiyindən indiki zaman şəkilçiləri ilə başlayırıq. Redaksiyamıza müraciət edən vətəndaş Əliyev Əlisəfa bir qurup insanlar tərəfindən yaşamağa məcbur edilmiş həyat dramını bizə anlatdı və “dram”ada yer alan surətlər o qədər çox oldu ki, az qala L.Tolstoyun “Hərb və Sülh” romanını kölgədə qoysun. Ə.Əliyevin 9 ildə başına gətirilənləri və hal-hazırda da davam etdirilənləri təfsilatı ilə sadalamaq bizim imkanlarımız xaricindədir. Lakin Ə.Əliyevin bizə ünvanladığı əzizəsinə istinad edərək özümüzə bu sualı verdik ki, məgər Azərbaycan Respublikasında qanunlar dövlət məmurlarını özbaşına əməllərini müdafiə etmək üçün qəbul olunub?
İş adamı Ə.Əliyev biznesini genişləndirmək məqsədi ilə 2009-cu ildə bir qrup iş adamları və vasitəçilər olan insanlarla, Əlirza Süleymanov(Azərbaycan Dəmiryolları QSC-nin I müavini), Əşrəf Məmmədəliyev(Dəmiryolları QSC-nin Yükdaşıma Departamentinin rəisi), Cavidan İbrahimov (Azərbaycan Respublikası Energetika Nazirliyinin Elektron İdarəetmə şöbəsinin rəisi), Ramiz Rüstəmov, Rauf Əliyev, Heydər Səfiquliyev (Azərbaycan Dəmiryolları QSC-nin baş müfəttişi) , Mətləb Qasımov, Taleh Allahverdiyev, Abbas Haçıyev, Bəkir Babayev, Pənah Kərimov, yüksək vəzifəli şəxslərin adından istifadə etməklə dələduzluq əmməlləri ilə məşqul olan Murad Həziyev, Ceyhun Bədəlov, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin sədri İntiqam Dadaşov və. s tanış olur. Yeni tanışlar Ə.Əliyevin maliyyə imkanlarından yararlanmağı düşünüb, müxtəlif işgüzar təkliflərlə ona müraciət edirlər. Biznesin güvəndən, etibardan ibarət olmasına inanan iş adamı Əlisəfa ona təklif olunan yüksək məbləğdə pul vəsaitində materialı “Dərəçiçək” MTK rəhbəri Rauf Əliyevə verir. Əvəzində 4 mənzil alacağına ümüd edir. Demə bu hələ Əlisəfa bəyin itkilərinin ilki imiş. O haradan bilərdi ki, bunun ardından müxtəlif yalan və fırıldaqlarla yuxarıda adları sadalanan şəxslər onun etimadından sui-istifadə edib küllü miqdarda ziyan vuracaqlar.(800 000 min manat). Ən əsaslı zərbələr isə dövlət məmurları olan Cavidan İbrahimovdan və Heydər Səfiyevdən gələcək. Vurğuladığımız kimi Cavidan İbrahimov nazirlikdə şöbə müdiri vəzifəsində çalışır və bundan fərasətlə yararlanaraq yüksək səviyyədə biznes əlaqələrini genişləndirib. (Dövlət quluğunda olduğu halda belə dövlət qulluqçusunun pedaqoji fəaliyyətdən başqa digər fəaliyyət növləri ilə məşqul olması qeyri-qanunidir o isə “Retro” HOLDİNQ-in Azərbaycanda baş distübiritiridir). C.İbrahimov növbəti “qurban” kimi hədəflədiyi Ə.Əliyevdən qopardığı pulları özünün etiraf etdiyi kimi kimlərə payladığını, şikayətçimiz bizə bildirdi.
11000(on bir min)ABŞ dolları Bakı Şəhər Prokurorluğunun məsul işçisinə, 7000(yeddi min ) AZN Nəsimi rayon Prokurorluğunun müstəntiqiƏləkbər müəllimə, 60000(altmış min manat)ABŞ dolları məbləğində adını söyləmədiyi yüksək vəzifəli məmura, 10000(on min)ABŞ dolları DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Polis şöbəsinin rəisinə.
Göründüyü kimi Cavidan İbrahimovun Əlisəfa Əliyevin sərvətini tamamilə ələ keçirtmək iştahası o qədər qabarır ki, müxtəlif şirnikləşdirici təkliflərlə ürək-damar xəstəliyindən 5 ay xəstəxanada ağır xəstə yatan və iqdisadi vəziyyəti ağırlaşan Ə.Əliyevə növbəti fırıldaq təkliflər edir və əvəzini “AĞ şəhər”də 5 otaqlı mənzil və Bilgəhdə saxta yolla satdığı bağı qaytaracağına söz verir. Zaman keçdikcə artıq Cavidanın hansı və necə qaranlıq işlərlə məşqul olduğunu göz önündə sərgilənir. Onun şikayətçimiz Ə.Əliyevin ərizəsinə əsaslanaraq söyləmək istəyirik ki, fırıldaqlarının sayı o qədər çoxdur ki, bir məqaləyə sığışdırmaq imkanımız xaricindədir. Lakin C.İbrahimovun son “məharət”ini də vurğulamadan keçmək mümkün deyil. Vətəndaş ərizədə göstərir ki, Cavidan öz nalayiq hərəkətlərini yerinə yetirmək üşün hətta Konsitusiya məhkəməsinin hakimi cənab Mahir Muradovun adının belə hallanmasından çəkinmir.
Sizcə dolandırmaçılıq zəncirinin halqası bununla bitir? Yanılısınız. Hal-hazırda Azərbaycan Xüsusi Dövlət Mühafizəsi İdarəsində xidmət edən Elxan İsmayılov da etimadından sui-istifadə edilən Ə.Əliyevdən yararlanmağı düşünüb, “qollarını çırmalayır”. O da öz növbəsində Murad Həziyevin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun yaxın adamı olmasını, və onun vasitəsi ilə tikinti layihələri əldə etməyi bəhanə gətirməklə küllü miqdarda Ə.Əliyevdən pul mənimsəyir. Hadisələr Elşad Nəsirovun bacanağı Cavid Qurbanova çatdıqda məsələnin üzəri aşılır və məlum olur ki, adı gedən insanlar da dələduzluqla başqasının əmlakını mənimsəyiblər.
Siyahıda adı cəkilən Əlirza Süleymanov və Əşrəf Məmmədəliyev Əlirza Süleymanova məxsus restoranda Ə.Əliyevlə görüşüb, ona özlərinə məxsus “işgüzar” təkliflər edir.(O işgüzar təkliflər ki, biz bu barədə növbəti yazılarımızda açıqlama gətirəcəyik).
9 ildir davam edən münaqişə və çəkişmələrdə yalnız sadaladığımız orqanlar deyil, alqı-satqı müqaviləsi edən notariuslar, Daşınmaz Əmlakın Dövlət Reystiri xidməti, Abşeron rayon Pİ, ən başlıcası isə Nəsimi rayon Prokurorluğudur ki, Cavidan kimi şəxslər bunca özbaşnalıq edib məsuliyyətə cəlb olunmurlar.Hətta Abşeron rayon Polis idarəsi Ə.Əliyevə bildirir ki,-”Biz Cavidanı polis şöbəsinə gətirə bilmirik, sən özün gətir”. Vətəndaş bu faktı bizə bildirdikdən sonra bilmədik ki, Abşeron rayon Pİ-nin halına ağlayaq ya gülək. Nəsimi rayon Prokurorluğu isə bildirir ki, Respublikasının Baş Prokuroru razılıq vermədən cinayət işi qaldırmaq olmaz. Onda biz də öz növbəmizdə Nəsimi rayon prokurorluğuna üz tutub soruşuruq:-“Məgər Azərbaycan Respublikasının qanununda vətəndaşa tutduğu qanunsuz əməlinə görə ya xüsusi göstərişə görə cinayət işi açılır?. Ya bəlkə bu vətəndaşdan vətəndaşa dəyişir?”
Yazımızı oxuduqda bizim ədalətsiz mövqedən yanaşıb, yalnız bir tərəfin fikiri üzərindən nəticə çıxardığımızı düşünməyəsiniz deyə yuxarıda adları sadalanan şəxslərlə də əlaqə yartdıq. Ə.Əliyevin onlar barəsində söylədikləri qara əməllər sahibi olduqları kimi, eləcədə onların Ə.Əliyev barəsində söylədikləri o qədər də ürəkaçan olmadı. Yəni görünən mənzərə o oldu ki, tərəflər qarşılıqlı surətdə biri-birilərinə qarşı qara əməllər törətməkdə bəhsə girişiblər.
Yuxarıda qeyd etdim ki, “nağılımızın o qədər surətləri var ki, sadalayıb bitirmək mümkün deyil, Lakin biz sizləri yormaqdan ehtiyat edib, burada yazımıza üç nöqtə qoyuruq və göydən üş alma düşdü demirik haa. Hələ ardı davam edəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.