AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mətanət İsgəndərli bu sözləri Elgizə yox, başqa aparıcıya deyib

  • + A
  • - A
  • 8-01-2024, 09:21

    Mətanət İsgəndərli bu sözləri Elgizə yox, başqa aparıcıya deyib


    "Çox sənətçilər verilişlərə gəlmək istəmir. Mən də onlara qoşuldum. Elə veriliş var ki, gedəndə peşman olursan. Sənətçi dəvəti qəbul edib gəlirsə, əziyyət çəkir, qızıl kimi səni sayır".

    Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Gündən-günə" verilişində deyib. O, ad çəkmədən proqramına qonaq olduğu aparıcını tənqid edib:

    "Bu üz ətdəndir, nə qədər etiraz etmək olar. Deyirsən, nə qədər bəhanə olar, rəhmə gəlirsən və gedirsən. Mən sənə görə gəlmişəm. Deyərdim səsim batıb, gəlmirəm. Pis olmayasan deyə, gəldim. Amma sən məni arxadan vurdun, tor qurdun. Mənə məqsədin, pis niyyətin üçün tor qurdun. Elə bilmə ki, mənə tor qurdun, xeyrin, məqsədin, pis niyyətin üçün istifadə etdin. Kiminsə bədbəxtçiliyinin, üstündə xeyir tapa bilməzsən. Ondan on qat pisi sənin olacaq".

    Onun bu sözləri aparıcı Elgiz Əkbərə dediyi iddia olunub. Belə ki, M.İsgəndərli xəstə halda "Elgizlə izlə" proqramna qonaq olmuşdu. 

    Məsələ ilə bağlı Elgiz də video açıqlama yayıb. 

    "Guya Mətanət xanım həmin fikirləri mənə deyib. Mətanət xanımla danışdım. Mənimlə nə əlaqəsi?" deyə, aparıcı əlavə edib. 

    E.Əkbər daha sonra Axşam.az-a açıqlama verərək, bildirib ki, M.İsgəndərli həmin sözləri başqa bir aparıcıya ünvanlayıb. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR