AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanlı Prof. Kenjexan Matıxanovun dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir monoqrafiyası işıq üzü görüb

  • + A
  • - A
  • 21-01-2024, 00:22

    Qazaxıstanlı Prof. Kenjexan Matıxanovun dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir monoqrafiyası işıq üzü görüb


    Kazakistan Respublikası Elm və Təhsil nazirliyi ELMİ komitəsi M.O.Əuezov adına Ədəbiyyat və Sənət institutunun direktoru professor Kenjexan Matıxanovun dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir monoqrafiyası işıq üzü görüb.

    Azadmedia.az xəbər verir ki, Alma-Ata şəhərində "Servis Press" nəşriyyatı tərəfindən çap edilən bu monoqrafiya doğrudanda modern folklorşünaslığının ən əhəmiyyətli nümunələrindən biri kimi dəyərləndirilir. Monoqrafiya "Qazax Mədəniyyətində Oyun Fenomeni" (kökü, təbiəti, tipologiyası, transformasiyası) adlanır. Kazak folklorunda ilk dəfə olaraq milli oyunların janr mahiyyəti, sistemi, təsnifatı, tədqiqat və işlənmə tarixi, inkişaf dinamikası və transformasiyası istiqamətləri elmi müstəvidə ümumiləşdirilmişdir.

    Müəllif ənənəvi xalq mədəniyyətində və folklor yaddaşında oyun fenomenini müxtəlif elm sahələri ilə multidissiplinar əlaqədə (fəlsəfəpsixologiya, etnologiya,pedoqogika) izah edir. Alim əlyazmalardan, folklor toplamalarından və müxtəlif nəşrlərdən istifadə edərək oyun folklorunun təbiəti və janr sistemi haqqında məlumat verir. Kitab ümumtürk mədəni coğrafiyasında və dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir mənbə hesab olunur.

    Bu münasibətlə AMEA-nın aparıcı elmi işçisi Qalib Sayılov, professor Kenjexan Matıxanovu ürəkdən təbrik edir və yeni-yeni uğurlarını arzu edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR