Kəbirə Məmmədovaya qarşı ŞOK İTTİHAM - "Onun ucbatından..."
“2008-ci ilin yanvar ayında torpağını sataraq ev almaq istəyən qızım Səidənin pulları Kəbirə Məmmədova tərəfindən talandığından, qızımın ailəsi ilə aramızda yaranmış münaqişə və düşdüyümüz maddi-mənəvi sarsıntılar üzündən həyat yoldaşım 07.07.2010-cu il tarixdə özünü asaraq intihar etmiş, 2 azyaşlı uşağım yetim qalmış, qızım Səidənin ailəsi dağılmış, özüm isə sağlamlığımı itirmişəm”
Azərbaycanda hər hansı bir iş qurmaq istəyən vətəndaşın hüquqlarının dövlət məmuru, sahibkar və yaxud məhkəmələr tərəfindən kobudcasına pozulması halları geniş vüsət alıb. Qarşılaşdığı problemlərlə bağlı dövlət orqanlarına müraciət edıb kömək istəyən, ümidini onlara bağlayan vətəndaş büyük həsrətlə məruz qaldığı haqsızlıqların ədalətli həllini gözləyir. Lakin dövlət orqanları və yaxud müvafiq təşkilatlar tərəfindən vətəndaşların qanunla qorunan hüquq və azadlıqları, eləcə də mənafeləri kobud şəkildə pozulduqda vətəndaş bu problemləri ictimailəşdirmək məcburiyyətində qalır.
Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi ev 100, mənzil 1 ünvanında yaşayan Əli Kərim oğlu Kərimovu redaksiyamıza gəlməyə məcbur edən də məhz məmur özbaşınalığı və sahibkar tərəfindən aldadılması olub. Bildirdiyinə görə, o, 31 il DİN-də qüsursuz xidmət göstərib, Qarabağ müharibəsi vetaranıdır. 2006-cı ildən təqaüddədir. 10 ildən çoxdur ki, Kəbirə Məmmədovanın dələduzluq əməllərindən əziyyət çəkir. Pozulmuş hüquqlarının bərpası üçün qanuni müstəvidə apardığım mübarizə bu günə kimi nəticəsiz qalmışdır. Hüquqları kobudcasına pozulmuş Əli Kərimov bunları bildirdi: Qızım Səidə Kərimliyə Səbail RİH-nin 29.10.1994-cü il tarixli, 1588 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsini sataraq həmin pulla "Arazavia" MMC-nin Qaradağ rayonu ərazısındə inşa etdiyi "Binə" TM-dən 07.02.2008-ci il tarixdə, icarə müqaviləsi ilə, oğlum Rəmzi Kərimlinin adına rəsmiləşdirilən, 11 və 15-ci sıralarda yerləşən, sahələri müvafiq olaraq 50 və 34 kv.m olan iki mağaza yeri almışdır. Yerlərin əldə edilməsi ьзьn tələb olunan bütün ödənişləri, hətta təmir pullarını da əvvəlcədən, yəni yerlər hazır olmadan ( ümumilikdə 68.720 AZN) ödəsəm də, firma rəhbərliyi dələduzluq yolu ilə həmin yerləri mənimsəmiş, təkrarən başqalarına satmış, ödədiyim pulları talamışdır.
"Binə" TM-nin layihəsində göstərilən, 20 sırada yerləşən 10 mindən çox mağaza anbar, müxtəlif iaşə obyektlərinin satışına 2006-cı ildən başlanmışdı. 2009-cu ildə TM fəaliyyətə başlayanda ilk 6 sıra və oradakı obyektlər istismara hazır idi. Sonrakı sıralarda olan obyektlərin hamısı satılsa da, sahibkarlardan bütün ödəniєlər, o cümlədən təmir pulları yığılsa da, inşaat işləri aparılırdı. İlk 11 sırada tikinti-təmir işləri başa çatandan sonra bu iєlər dayandırıldı, təhvil verilməyən növbəti 14 sıra məqsədli şəkildə 7A, 7... 13A, 14, 14A, 15, 16, 17 ardıcıllığında nömrələndi, hərc-mərclik yaradıldı. Nəticədə, qondarma 7A, 13A və 14A sıraları hesabına təqribən 1500 obyekt, o cümlədən bizə verilməli olan 2 obyekt Kəbirə Məmmədova tərəfindən mənimsənildi və təkrarən başqa iş adamlarına satıldı. Digər 11 sırada yeri olan, təqribən 5500 sahibkar isə ilkin razılaşmadakı qanuni yerlərindən məhrum edildi.
Növbəti əməliyyatda obyektlərin sənədlərindəki uyğunsuzluğu qaydaya salmaq, vergi hesabatında öz əksini tapmamış ödəniєlərin, maliyyə fırıldaqlarının izini itirmək, törədilmiє qanunsuz əməllərin nəticələrindən sıroğtalanmaq məqsədilə son vəziyyətə uyğun müqavilələr verildi. Üzərində "açar pulu verdi", "qapı pulu verdi" qeydləri və bu qeydlərin qarşısında K.Məmmədovanın imzaları, obyektlərin nömrələri olan, tarixsiz və nömrəsiz müqavilələr, ödəniєlərə görə verilmiє bəzi qəbzlər yığılaraq məhv edildi.
İmzalanmış ilkin müqavilələrdə tarixlərin göstərilməməsi, müqavilə blanklarının nömrəsiz olması, müqavilə şərtlərində ödəniləcək vəsaitlərin adı və miqdarı barədə hər hansı bir bəndin olmaması, alınmış pullar barədə rəsmi qəbzlərin verilməməsi, onların hesabatlarının məxfi jurnallarda aparılması, layihə və müqavilələrdəki sıraların hesabına qondarma sıraların düzəldilməsi, eyni yerlərin bir neçə dəfə satılması təkzibolunmaz faktlardır, vergidənyayınma və dələduzluq əməllərinin həyata keçirilməsinə hesablanmış və qabaqcadan düşünülmüş, planlaşdırılmış niyyətlərdir. Ancaq çox təəssüflər olsun ki, Kəbirə Məmmədova və onun təsisçisi olduğu MMC bu ölkədə yalnız mənə qarşı deyil, minlərlə insana qarşı bu cür qanunsuzluqlara yol vermiş, ancaq hüquq-mühafizə orqanları tərəfindən bununla bağlı hər hansı bir tədbirlər görülməmiş, əksinə K.Məmmədovaya himayədarlıq edilmiş və sonuncu bundan arxayınlaşaraq öz qanunsuzluqlarını davam etdirməklə, mənim kimi insanlara maddi və mənəvi zərərlər vurmuşdur.
2008-ci ilin yanvar ayında torpağını sataraq ev almaq istəyən qızım Səidənin pulları Kəbirə Məmmədova tərəfindən talandığından, qızımın ailəsi ilə aramızda yaranmış münaqişə və düşdüyümüz maddi-mənəvi sarsıntılar üzündən həyat yoldaşım 07.07.2010-cu il tarixdə özünü asaraq intihar etmiş, 2 azyaşlı uşağım yetim qalmış, qızım Səidənin ailəsi dağılmış, özüm isə sağlamlığımı itirmişəm. Nəfsin hüquqa qalib gəldiyi bir cəmiyyətdə on ildən çoxdur ki, pozulmuş hüquqlarımın bərpası və halal haqqımın özümə qaytarılması uğrunda mübarizə aparıram. Firma rəhbəri Kəbirə Məmmədovanın ofisi qarşısında illərlə sürünmüşəm, yalan vədlərlə aldadılmışam. Sonuncu dəfə 28 avqust 2014-cü il tarixdə oğlum Rəmzi ilə birlikdə Kəbirə Məmmədovanın yanında olanda "sizə veriləsi nə yerim, nə də pulum yoxdur, gedib sübut edin ki, mənə pul vermisiniz", - demişdir. 02.09.2014-cü tarixdə ona yazılı şəkildə müraciət etdim. Etdiyi dələduzluq əməllərini ona xatırladaraq, müqavilələrə birtərəfli qaydada xitam verərək, icraasını dayandırdım və mənə rəsmi cavab verməsini xahiş etdim. Lakin bu günə qədər heç bir addım atılmamışdır.
Bundan sonra ümüdimi hüquq-mühafizə orqanlarına bağladım. 31.10.2014-cü il tarixdən başlayaraq bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, eləcə də digər aidiyyəti dövlət orqanlarına etdiyim çoxsaylı şikayətlər də bir nəticə vermədi. Kəbirə Məmmədovanın iqtisadi gücü, hüquq-mühafizə orqanlarında olan mövqeyi obyektiv və ədalətli araşdırmanın aparılmasını mümkünsüz etmiş, bütün araşdırmalar natamam aparılmış, onun və bu işlə əlaqəsi olan digər şəxslərin dindirilməsi belə mümkün olmamış, nəticədə mənim şikayətimlə bağlı mahiyyəti üzrə qərar qəbul edilməmişdir. Müvafiq istintaq orqanlarının Kəbirə Məmmədovadan və digər cavabdehlərdən hətta izahat almağa cürətləri catmayıb”.
Budurmu Azərbaycanın təcrübəli və səriştəli istintaq orqanları? Şikayyətçinin "müqavilələrin ləğv edilməsi, pulun qaytarılması, maddi vəmənəvi ziyan tələblərinə dair" Bakı şəhər Nizami rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində yuxarıda göstərilənlər öz əksini tapmışdır. Ancaq Nizami rayon Məhkəməsi işə baxan zaman heç bir zəruri məhkəmə araşdırması aparmamış, iddiaçı tərəfindən təqdim edilmiş vəsatətlərin heç biri təmin olunmamış, iş üzrə dindirilən şahidlərin ifadələri təhrif olunduğundan, qətnamədə öz əksini tapmamışdır. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş sənədlərdə Kəbirə Məmmədovanın qanunsuz əməllərini göstərən kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmə bunları nəzərə almamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə istintaq sənədlərində, eləcə də son 4 il ərzində bu işlə əlaqədar aparılan "araşdırmalarda" Kəbirə Məmmədova bir dəfə də olsun 11.3.1 və 15.2.102 saylı obyektlərə görə verilmiş pulları təkzib etməmiş və naməlum səbəblərdən məhkəmədə də iştirak etməmişdir.
Göstərilən obyektlərin satılmasında və rəsmiləşdirilməsində heç vaxt iştirak etməyən "Binə" TM-nin direktoru Dilşad Əmirova Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi İftixar Əhmədova verdiyi izahatında göstərmişdir ki, Əli Kərimov, 06.12.2007-ci tarixli 004369 saylı kassa mədaxil orderinə əsasən, firmaya 13.250 manat ödəsə də, müraciətində heç bir əsası olmayan 68.720 manat pul tələb edir. Əslində isə Dilşad Əmirova ödənilən pulların məbləğini az göstərməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir.
"Arazavia" MMC-nin vəkili, eyni zamanda Kəbirə Məmmədovanın səlahiyyətli nümayəndəsi Zaur İbadov məhkəmə çıxışında, əsaslı sübut görsətmədən, bir obyektə görə 3000 manatın qapı və açar pulu olaraq alındığını təsdiq edib.
Nizami rayon Məhkəməsinin 2(007)2216/2018 saylı, 2018-ci il 28 iyun tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Kərimli Rəmzi Əli oğlu ilə "Arazavia" MMC arasında imzalanmış 551 saylı 31may 2012-ci il tarixli və 07 fevral 2008-ci ildə imzalanmış tarixsiz və nömrəsiz müqavilənin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissədə hər iki iddiaçıya münasibətdə rədd edilmişdir.
Göründüyü kimi, məhkəmə, cavabdeh tərəfin obyektivlikdən və həqiqətdən tamamilə uzaq çıxışını əsas kimi götürmüş və qeyri obyektiv qətnamə çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilələrə görə: Maddə 1.1... anbar, mağaza və iaşə obyektləri inєa edib təhvil verməyi "icarəyə verən" öhdəsinə götürür; Maddə 1.5. icarə obyektinin icarəyə verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına əsasən həyata keзirilir; Maddə 4.1.2. İcarə obyektini istifadəyə tam yararlı vəziyyətdə icarəyə təhvil vermək icarəyə verənin vəzifəsidir;
Maddə 8. Bu müqaviləni imzaladıqdan sonra öz öhtəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam həcmdə ödəməyə borcludur.
Şikayətçi daha sonra qeyd edir ki, məsələnin ədalətli həllini tapanadək ali qanunlarımızın tələblərinə uyğun olaraq haqqını tələb edəcək və bu mübarizədən əl cəkməyəcəkdir. “Binə” TM-nin sahibi Kəbirə Məmmədova və “Arazavia” MMC tərəfindən külli miqdarda ziyana salınmış, hüquqları kobudcasına pozulmuş, Əli Kərimov sonda bildirdi ki, bu məqsədlə Nizami rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən 31.07.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermişdir.
hurriyyet.org
P.S. Mövzunu davam etdirəcəyik və qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.