AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərb dövlətlərində müsəlmanlar ciddi problemlərlə üzləşirlər

  • + A
  • - A
  • 8-03-2024, 12:02

    Qərb dövlətlərində müsəlmanlar ciddi problemlərlə üzləşirlər

    Azərbaycanın islamofobiya ilə bağlı beynəlxaq konfranslara ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Dinlərarası qardaşlıq mühitinin hökm sürdüyü Azərbaycan milli, mədəni, dini dəyərlərini də unutmur. Ölkəmiz multikulturalizm baxımından dünyada nümunəyə çevrilib. Burda yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq eyni hörməti görürlər.

    Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” mövzusunda plenar iclasda çıxışında deyib.

    Azərbaycanın işğaldan azad olunan ərazilərində İslam dininə aid abidələrə qarşı törədilən vandalizmi xatırladan şeyxülislam qeyd edib ki, əsarətdən qurtulmuş məscidlər yenidən bərpa olunur: “Azərbaycanda bütün dinlərə məxsus ibadət məkanları qorunur. Çünki bizim dinimiz əmin-amanlıq dinidir və İslamdan təxribatlar üçün sui-istifadə olunması yolverilməz haldır. Təəssüf ki, Avropa İttifaqı və müxtəlif beynəlxalq qurumların bu halı pisləməsinə baxmayaraq, islamofobiya hələ də davan edir. Son dövrlər Avropanın daha çox ölkəsində islamofobiyanı müşahidə etmək mümkündür. Bəzi Qərb dövlətlərinin apardığı siyasət nəticəsində islamofobiya halları artıb. Müsəlmanlar həmin ölkələrdə ciddi problemlərlə üzləşirlər. Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, məscidlərə, ibadət ocaqlarına qarşı amansızlıq, müsəlmanların öz evlərindən didərgin düşməsi sözügedən problemlərə daxildir”.

    Şeyxülislam Azərbaycanın hər zaman milli, dini qarşıdurmalara yol açan fikirlərlə mübarizədə fəallıq göstərdiyini vurğulayaraq deyib: “İslamofobiya beynəlxalq hüquq normalara riayət olunmamasının, ikili standartların davam etməsinin göstəricisidir. Dünya ictimaiyyəti milli, dini, irqi ayrı-seçkiliyə yox deməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR