Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanda görüşəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan danışıb.
“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş barədə razılıq var”, - deyə o vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev İrəvana səfəri zamanı Astananın Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.