ABŞ ordusu husilərin Qırmızı dənizdə ona məxsus “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru buraxdığı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, husilər həmçinin Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç PUA ilə hücum ediblər. Amma gəmi və ekipaj üzvləri xəsarət almayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.