AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Mədəniyyətlər arasında yeni körpülər qurulacaq”

  • + A
  • - A
  • 1-05-2024, 09:26

    Deputat: “Mədəniyyətlər arasında yeni körpülər qurulacaq”


    Bu gün ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.

    Bakıda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 mötəbər qonaq iştirakını təsdiqləyib.

    100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik, dil və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcək.

    Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Ülviyyə Həmzəyeva AzadMedia.az-a açıqlmasında forumun əhəmiyyətindən danışıb.
    “Mədəniyyətlərarası forumda adətən bəşəriyyət üçün daha qlobal məsələlər müzakirə olunur. Bu forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyələrarası tolerantliq kimi məsələlərin çatdırılması baxımından xüsusi önəm daşıyır.Forumun ana xətti olsa da hər dəfə müzakirə olunan mövzular müxtəlif olur. Forumun panel müzakirələrinə qatılan iştirakçılar nifrətə qarşı çıxmaq, birgə yaşayış və sülh dəyərlərini tanıtmaq üçün sivilizasiyaların dialoqu və əməkdaşlığı ilə bağlı bir ısra qlobal məsələləri müzakirə edəcəklər. İnanınram ki, bütün xalqların nümayəndələri bir-birilə sıx təmasda olub müxtəlif problemləri açıq formada müzakirə edəcəklər. Hesab edirəm ki, mədəniyyələr arasında yeni körpülər qurulacaq”
    Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Dövlət başçısının müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR