Bakı, 2 may — Azadmedia.azMayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təşrif buyuran bir sıra ölkələrin rəsmliləri ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq məsələləri müzakirə edilir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Qonağı salamlayan nazir Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, ölkəmiz Rusiya ilə mədəni əməkdaşlığa xüsusi diqqət yetirir.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Forumda iştirakından məmnunluğunu bildirib, müzakirə edilən mövzuların aktuallığına diqqəti çəkib.
Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiyanın iştirakının əhəmiyyəti qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.