Bakı, 2 may — Azadmedia.azSlovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ikitərəfli görüşlər davam edir.
Mayın 2-də mədəniyyət naziri Adil Kərimli Slovakiya Respublikası Mədəniyyət Nazirliyinin dövlət katibi Mario Maruşka və Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Branislav Şalat ilə görüşüb.
Qonaqları salamlayan nazir “Bakı Prosesi” qlobal platforması haqqında məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edib.
Mario Maruşka VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər bir tədbirə qatılmasından məmnunluğunu bildirib, Forumun gündəmə gətirdiyi məsələlərin aktuallığını vurğulayıb.
Adil Kərimli Azərbaycanın ətraf mühit məsələlərinə, qlobal iqlim dəyişikliklərinə həssas yanaşdığını deyib, bu il ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini diqqətə çatdırıb. Nazir Slovakiyanı COP29-da iştiraka dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.