Fransanın Lyon şəhərinin meri Qriqori Dusetin erməni atletlərlə bağlı paylaşımındakı xəritə Türkiyə ictimaiyyətində narazılıqla qarşılanıb.
Azadmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, mer Fransada fəaliyyət göstərən Erməni Milli Yaddaş Mərkəzində keçirilən qondarma “erməni soyqırımı” tədbirinə qatılıb. O, tədbirdə erməni atletləri qəbul etməkdən qürur duyduğunu deyib, bunu iki xalq arasında qardaşlığı möhkəmləndirən amil kimi qiymətləndirib.
Belə ki, Dusetin tədbirdən paylaşdığı fotonun fonunda iri ölçüdə saxta “böyük Ermənistan” xəritəsi yer alıb. Xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri “tarixi erməni torpağı” kimi təqdim edilib.
Sözügedən foto sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Merin bu addımı təxribat və ərazi iddiası kimi dəyərləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.