Prezident İbrahim Rəisi və onu müşayiət edən heyətin helikopter qəzasında ölməsindən sonra İranın hökumət heyətinin üzvləri Təbrizə toplaşıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Təbriz KİV-i məlumat yayıb.
Belə ki, onlar Şərqi Azərbaycan əyalətinin valilik binasında yas mərasimi üçün toplaşıblar.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.