Azərbaycanda minalarla mübarizə üçün tərəfdaşlıq və beynəlxalq dəstəyi genişləndirmək üçün imkanlar mövcuddur.
Bunu “Report”a müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib.
O, BMT-nin Azərbaycandakı ölkə komandasının postmünaqişə dövründə bərpa və yenidənqurmaya dair ərazilərin minalardan təmizləməsi, bacarıqların inkişafı, səhiyyə, təhsil və digər sahələrdə məcburi köçkünlərə dəstək kimi iddialı səylərini dəstəklədiyini vurğulayıb:
“Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci ildən başlayaraq Avropa İttifaqının, Böyük Britaniya hökumətinin, eləcə də təşkilatımızın daxili resurslarının maliyyə dəstəyi ilə BMTİP, UNICEF və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ANAMA-nın minalarla mübarizə səylərini, o cümlədən institusional gücləndirmə və texniki yardım göstərilməsi ilə dəstəkləyir”.
Onun sözlərinə görə, bu istiqamətdə hələ çox iş görülməlidir: “BMT ANAMA ilə birlikdə minalarla mübarizə üzrə iki beynəlxalq konfransın təşkilinə kömək edib.
Üçüncü beynəlxalq konfrans sabah Zəngilanda keçiriləcək və Bakıda davam edəcək”.
V.Andreeva qeyd edib ki, bu konfranslar Qarabağın minalardan təmizlənməsi kimi mühüm vəzifənin həllində davamlı beynəlxalq dəstək axtarmaq üçün platforma rolunu oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.