Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar olaraq son vaxtlar Litva rəsmilərinin verdiyi bəyanatlar, eləcə də ölkənin xarici işlər nazirinin Gürcüstanda etiraz aksiyasında iştirakı Gürcüstanın daxili işlərinə kobud müdaxilədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.