Misir hökuməti istefa verib. Ölkə Prezidenti Əbdülfəttah Sisi Baş nazir Mustafa Madbuliyə yeni kabinetin formalaşdırılması ilə bağlı göstəriş verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Misir Prezidentinin Ofisi məlumat yayıb.
Qeyd olunur ki, Sisi hökumətin istefası tələbini prezidentə təhvil verən Madbulini qəbul edib:
“Prezident ona səriştə və təcrübəyə malik insanlardan ibarət yeni hökumət yaratmağı tapşırıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.