AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusunda tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 4-06-2024, 15:08

    Millət vəkili Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusunda tədbir keçirilib -




    Bakı, 4 iyun — Azadmedia.az


    Nərimanov rayonunda “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusunda tədbir keçirilib

    Millət vəkili, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusunda tədbir keçirilib.

    39 saylı tam orta məktəbdə keçirilən tədbirdən öncə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, həmçinin, Ümumilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.



    Tədbirdə giriş sözü ilə məktəbin direktoru, Milli Qəhrəman Şahlar Şükürovun bacısı Tahirə Şükürova çıxış edərək qonaqları salamlayıb və millət vəkili Hikmət Babaoğlunun yaradıcılıq yolu, mükafatları, elmi əsərləri, dərslik və metodik vəsaitləri haqda geniş məlumat verib.
    Millət vəkili, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək tədbirin təşkili üçün 39 saylı tam orta məktəbin rəhbərliyinə təşəkkür edib və mövzunun əsasını təşkil edən kitabların zəngin təfərrüatı barədə, eyni zamanda, tədbir üçün seçilmiş mövzu ilə bağlı ölkə rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən beynəlxalq səviyyədə görülən işlərin səciyyəvi xarakterini analiz edərək, öz dədə-baba torpaqlarımıza dönüşlə nəticələnən müasir Azərbaycan siyasətinin unikallığı haqqında geniş nitq söyləyib.
    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Şahbaz Balakişiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər çıxış edənlər tədbirin əhatə etdiyi mövzunun aktuallaığı barədə ətraflı bəhs ediblər.

    Müasir və qloballaşan dünyada ölkəmiz və dövlətimizin sahib olduğu ciddi qalibiyyət zirvəsindən, bu zirvədə Azərbaycan adının məhz ölkə rəhbəri İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olaraq yer almasını vurğulayan qonaqlar, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müəllifi olduğu kitabların məzmunu, günümüzü əhatə edən “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusuna müəllifin peşəkar yanaşması və təhlilləri barədə öz fikirlərini bildiriblər.

    Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Cənab Ali Baş Komandan” şeirinin əsasında 39 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR