“Euronews” kanalı Bakı Enerji Forumu çərçivəsində Azərbaycan və BƏƏ arasında COP29-a hazırlıq çərçivəsində bərpa olunan enerji layihəsi ilə bağlı həyata keçirilən layihələrlə bağlı məqalə hazırlanıb.
Məqalədə bildirilib ki, Bakı Enerji Forumunda keçirilən mərasimdə Azərbaycan və BƏƏ Azərbaycanda ümumi gücü 1 QVt olan üç irimiqyaslı günəş və külək layihəsinin reallaşması ilə bağlı planlarını açıqlayıblar.
Bakı Enerji Forumu çərçivəsində təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib ki, bu tədbir əslində bizim yaşıl gündəliyimizi nümayiş etdirir:
"Və həmçinin göstərir ki, bizim mövqeyimiz təkcə mədən yanacaqlarına sərmayə qoyanlar üçün deyil, həm də bərpa olunan enerji mənbələrinə sərmayə qoyanlar üçün cəlbedicidir. “Masdar” bərpa olunan enerji sahəsində bizim strateji tərəfdaşımızdır”.
Layihələrə Biləsuvarda 445 MVt gücündə günəş stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağda 240 MVt gücündə külək elektrik stansiyasının inşası daxildir. Stansiyaların ildə orta hesabla 2 milyard 3025 milyon kilovatsaat elektrik enerjisi istehsal etməsi, öz növbəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət edilməsi və 943 min tondan çox karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar Naziri, “Masdar”ın sədri və COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir çıxışında deyib:
“Biz bərpa olunan enerji potensialının bu əhəmiyyətli dərəcədə genişləndirilməsi üzrə Azərbaycanla tərəfdaşlıq etməkdən və Azərbaycanın enerji şaxələndirilməsi istiqamətində yeni sənaye sahələrinin, yeni iş yerlərinin və davamlı iqtisadi artımın stimullaşdırılmasına gətirib çıxaracaq fəaliyyətini dəstəkləməkdən qürur duyuruq”.
Bu açıqlama Azərbaycanın BƏƏ-dən mantiyanı qəbul edərək noyabrda Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Sultan Əl-Cabir əlavə edib: "BƏƏ-nin tarixi konsensusunun əsas sütunu 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq məqsədidir. Bizim ədalətli, nizamlı və ədalətli enerji keçidini təmin etmək üçün daha çox tərəfdaşlığa ehtiyacımız var".
Prezident İlham Əliyev “Euronews”a verdiyi müsahibədə Sultan Əl-Cabirin fikirlərini belə şərh edib:
“Bu, həqiqətən də, qalıq yanacaqlardan sərvət yaradan bir ölkənin bu sərvəti bərpa olunan enerjiyə necə yönəltdiyini nümayiş etdirir və COP29-a ev sahibliyi edən ölkə kimi yaşıl keçiddə öncüllər arasında olmaq bizim də vəzifəmizdir”.
37 ölkədən 300-dən çox şirkətin qatıldığı tədbirdə təmiz enerji həllərinə keçid, süni intellektdə irəliləyişlər, eləcə də inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın təmin edilməsi ilə bağlı çağırışlar edilib”.(Apa)